Xalqımız Cənab İlham Əliyevi növbəti dəfə prezident kimi görmək istəyir
Məlum olduğu kimi, 9 oktyabr Azərbaycanda prezident seçkiləri günüdür. 16 sentyabrdan etibarən bu seçkilərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bu kompaniyaya YAP uğurla başlayıb. YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Təbliğat-təşviqat kampaniyasının ilk günündən ölkəmizin bütün bölgələrində YAP üzvləri, gənclər və könüllülər plakatlara şəkil asma aksiyasında fəal iştirak ediblər. Azərbaycan xalqı bu seçkilərdə də Cənab İlham Əliyevin qalib gəlməsi üçün öz dəstəyini əsirgəmir və xalqın səsi YAP namizədi Cənab İlham Əliyevindir.
Qeyd edək ki, 16 sentyabr 2013-cü il tarixdə YAP tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Quba rayonu üzrə də Seçki Qərargahı Cənab İlham Əliyevin təbliğat-təşviqat işlərinə start verib. Bu kampaniyada YAP Quba rayon təşkilatının fəal gəncləri böyük ruh yüksəkliyilə aktiv iştirak edərək, Cənab İlham Əliyevin portretlərini lövhələrə birinci sırada yapışdırıblar. Bu aksiya Quba rayonunda seçicilərlə yaxın ünsiyyət qurmaq, görüşlər keçirmək və videoçarxların hazırlanıb yayılması ilə davam etdiriləcək.
Cahid Süleymanov