PDF Oxu

Siyasət

  • 4

YAP Binəqədi rayon təşkilatı təbliğat kampaniyasına video-çarxla başladı

YAP Binəqədi rayon təşkilatı təbliğat kampaniyasına video-çarxla başladı

Dünəndən başlayaraq, YAP Binəqədi rayon təşkilatı qanunvericiliyə uyğun olaraq prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start vermişdir.

YAP Binəqədi rayon təşkilatı tərəfindən təbliğat kampaniyası başlayan andan etibarən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin plakatları seçki lövhələrində asılmağa başlamışdır. Kampaniyada 25 nəfər gənc iştirak etmişdir. YAP Binəqədi rayon təşkilatının gəncləri 4 seçki dairəsi - 8 saylı Binəqədi I, 9 saylı Binəqədi II, 10 saylı Binəqədi III və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələri üzrə Binəqədi rayon ərazisində olan 113 seçki məntəqəsində olmuş, "İlhamla İrəli!" şüarı altında təbliğat və təşviqat aparmışlar.

Qeyd edək ki, YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını sosial şəbəkələrdə də fəal şəkildə davam etdirmişdir. Təbliğat kampaniyasına start verildikdən dərhal sonra facebook sosial şəbəkəsinin "Qələbə" və "Binəqədi YAP" qruplarında seçkiyə səsləyən çoxsaylı şəkillər paylaşılmışdır.

Həmçinin, təbliğat kampaniyasının Binəqədi rayonu ərazisində daha effektiv aparılması məqsədilə YAP Binəqədi rayon təşkilatı xüsusi iki video-çarx hazırlayaraq, youtube.com və sosial şəbəkələrdə yayımlamışdır. Video-çarxlarda YAP Binəqədi rayon təşkilatının təbliğat-təşviqat kampaniyasına start verilməsi prosesinin ilk anları öz əksini tapmışdır.

ZÜMRÜD

Digər xəbərlər