PDF Oxu

Siyasət

  • 8

Yeni Azərbaycan Partiyası zəfər yolunda

Yeni Azərbaycan Partiyası zəfər yolunda

Uğurlu təşviqat kampaniyasına startın verilməsi YAP-ın namizədinin qələbəsini təmin edir

Bəlli olduğu kimi, oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Təşviqat kampaniyasının əsas məqsədi Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin bu seçkilərdə də gözlənilən qələbəsini təmin etməkdir. Söz yox ki, xalq-dövlət və dövlət-xalq vəhdəti Azərbaycanı istər regionda, istərsə də beynəlxalq aləmdə yüksəldən, vətəndaşların sosial rifahlarını günü-gündən yüksəldən Cənab İlham Əliyevin növbəti qələbəsini şərtləndirən mühüm faktorlardandır.

Qax rayonunda Prezidentliyə namizəd Cənab İlham Əliyevin plakatlarının yerləşdirilməsi kampaniyasına 21 qrup cəlb olunmuşdur

YAP Qax rayon təşkilatında uğurlu təşviqat kampaniyasına start verilib. 9 oktyabr 2013-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Qax rayonu üzrə Seçki Qərargahı dünən Cənab İlham Əliyevin təşviqat işlərinə start verdi. Qax rayonu üzrə 112 saylı Qax seçki dairəsini 57 seçki məntəqəsi əhatə edir. Təşviqat lövhələrinə prezidentliyə namizəd Cənab İlham Əliyevin plakatlarının yerləşdirilməsi kampaniyasına 21 qrup cəlb olunmuşdur. Hər qrupda 5 nəfərdən ibarət gənc partiya fəalları təmsil olunmaqla cəmi 105 nəfər bu kompaniyada iştirak etmişdir. Təşviqat kampaniyasının ilk gününü Qax rayonu üzrə Seçki Qərargahı uğurla başa vurmuşdur.

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən təşviqat lövhələrinə şəkilyapışdırma aksiyası keçirilmişdir

Qobustan rayonunda da Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Seçki Qərargahı uğurlu fəaliyytə start vermişdir. Belə ki, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən təşviqat lövhələrinə şəkilyapışdırma aksiyası keçirilmişdir. Qeyd edilmişdir ki, aksiya zamanı hər birində 3 nəfər olmaqla, yaradılmış 9 qrup tərəfindən rayon ərazisindəki 28 təşviqat lövhəsinə 37 şəkil yapışdırılmışdır. Təşviqat kampaniyasının uğurla başlaması bir daha əminlik yaradır ki, Azərbaycan xalqı bir daha öz uğurlu seçimini edərək, ölkənin inkişafına və tərəqqisinə səs verəcək.

Ağdaş rayonunda dünəndən başlayaraq rayon seçiciləri ilə görüşlər keçirilməkdədir

Dünəndən başlayaraq, Ağdaş rayonunda da prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Ağdaş rayonu üzrə Seçki Qərargahı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verdi. İlk olaraq partiyanın rayon təşkilatının gənclər birliyinin fəallarından təşkil olunmuş qruplar rayonun 57 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə prezidentliyinə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış Cənab İlham Əliyevin şəkli əks olunmuş plakatları vurmuşlar. Bu kampaniya rayon ərazisində səhər saat 8.00-da uğurla başa çatmışdır. Eyni zamanda qeyd edilib ki, tərtib olunmuş qrafikə uyğun olaraq dünəndən başlayaraq rayon seçiciləri ilə görüşlər keçirilməkdədir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər