Oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində iştirak edəcək namizədlərə ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədi ilə sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasında (MSK) püşkatma mərasimi keçirilmişdir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla hər namizədə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulduğundan 2 dəfə artıq efir vaxtı ayrılmışdır.
Efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 21:00-dan başlamaqla, hər dəfə 1 saat olmaqla radioda, həftəlik cəmi 3 saat müddətində, 2-ci, 4-cü və 6-cı günlər isə TV-də saat 19:00-dan başlamaqla hər dəfə 1 saat olmaqla, həftəlik cəmi 3 saat müddətində istifadəçilərə təqdim edilməsinə dair Mərkəzi Seçki Komissiyası ilə həmin qurum arasında razılığa gəlinmişdir.
yap.org.az