Pakistanın nüfuzlu ingilisdilli "Centreline" jurnalının və DNA informasiya agentliyinin saytlarında tanınmış jurnalist Vahid Hüseynin "2013-Azərbaycanda Prezident seçkiləri ilidir" adlı məqaləsi yerləşdirilib.Məqalədə oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri, seçkiqabağı kampaniya, habelə təşviqat kampaniyası barədə söz açılır.Müəllif qeyd edir ki, Azərbaycan hakimiyyəti seçkilərin tam azad, sərbəst və demokratik keçirilməsi üçün bir sıra mütərəqqi addımlar atıb, qanunvericilik aktları qəbul edilib. Hökumət seçkiləri müşahidə etmək məqsədi ilə bir sıra nüfuzlu beynəlxalq təşkilatları dəvət etmişdir. Ümumilikdə səsvermə zamanı 3000-dək beynəlxalq və çoxsaylı yerli müşahidəçinin səsvermə prosesini izləyəcəyi güman olunur.Məqalədə namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədi ilə kütləvi informasiya vasitələrində çıxış üçün imkan yaradıldığı, təşviqat kampaniyası çərçivəsində seçicilərlə toplantıların keçirilməsi məqsədi ilə 5000 yerin ayrıldığı bildirilib.Müəllif indiyədək qeydə alınan namizədlər haqda danışaraq bildirir ki, onların arasında ən əsas namizəd Yeni Azərbaycan Partiyası sədri, Prezident İlham Əliyevdir.Vahid Hüseyn vurğulayıb ki, son on il ərzində ölkə həyatının bütün sahələrində böyük uğurlar əldə edilib. Müəllif bu uğurların miqyasını işıqlandırmaq məqsədi ilə konkret rəqəm və faktlara istinad edib.Məqalədə, Azərbaycanda aparılan neft strategiyası nəticəsində neft və təbii qaz hasilatının bir neçə dəfə artdığı, ölkəyə 78 milyard ABŞ dollar sərmayənin daxil olduğu, Azərbaycanın qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyi bildirilib. Azərbaycan hazırda bir sıra ölkələrə çoxmilyardlıq sərmayələr qoymağa başlayıb.Neft gəlirlərinin Dövlət Neft Fondunda cəmləşdiyini qeyd edən müəllif, vəsaitlərin iqtisadiyyatın şaxələndirilməsinə istiqamətləndiyini bildirib. Vurğulayıb ki, bu səylər nəticəsində 2012-ci ildə qeyri-neft sektoru 10 faiz artıb, təkcə informasiya texnologiyaları sahəsində olan gəlirlər 1,750 milyard dollar olub, Azərbaycan öz ilk peykini orbitə buraxıb, internet istifadəçilərin sayı 10 dəfə artıb, Trans-Avropa informasiya dəhlizi yaradılıb.Daha sonra jurnalist, kənd təsərrüfatının bu dövrdə 3,3 dəfə artdığını, bir milyard dollarda çox kreditlərin bu sahədə islahatlara yönəldiyini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edildiyini vurğulayıb.Nəqliyyat sektorunda əldə edilmiş nailiyyətlərdən bəhs edən müəllif, bu sahəyə 14 milyard ABŞ dollar sərmayələrin qoyulduğunu, hava və dəniz nəqliyyatı vasitələrinin yeniləndiyi, yeni beynəlxalq hava limanlarının istifadəyə verildiyini bildirib.Sosial təminat və təhsil məsələlərinin, gənclərə qayğının hökumətin prioritet məsələlərindən olduğunu qeyd edən məqalənin müəllifi, 10 il ərzində pensiyaların 8 dəfə artdığını, keçmiş sovet əmanətlərinin qaytarıldığını, təhsilə ayrılan xərclərin 6 dəfə çoxaldığı, gənclərin xaricdə dövlətin hesabına təhsil alması üçün şəraitin yaradıldığı, minlərlə yeni məktəblərin tikildiyi və bu kimi digər faktların bunun bariz göstərici olduğunu vurğulayıb.Məqalədə, qızsa müddət ərzində Azərbaycanın turizm mərkəzinə çevrildiyi qeyd olunub.Pakistanlı jurnalistin öz yazısında Azərbaycanın apardığı xarici siyasətə xüsusi yer ayıraraq, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyə seçilməsi də daxil olmaqla, bir sıra mötəbər beynəlxalq qurumaların üzvü və Avropanın regionda əsas tərəfdaşı olduğunu qeyd edib.Vahid Hüseyn qeyd edib ki, müxtəlif sahələrdə əldə olunan uğurlar Azərbaycanın dünyada müsbət və etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət edib və bu da öz növbəsində bir sıra mötəbər beynəlxalq tədbirlərinin Azərbaycanda keçirilməsinə zəmin yaradıb.Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmadığını qeyd edən jurnalist, Azərbaycanın ordu quruculuğuna böyük diqqət yönəltdiyini, müdafiə xərclərinin 2003-cü ilə nisbətən 23 dəfə artırıldığını, yeni silahlar əldə etdiyini, hazırda 700 növ müdafiə təyinatlı məhsul istehsal edən Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyini bildirilib.
Məqalə, Azərbaycanda son illərdə insan hüquqlarının qorunması istiqamətlənmiş bir sıra ciddi hüquqi normativ aktların qəbul edilməsi, mətbuata dövlət dəstəyi mexanizminin yaradılması, jurnalistlərin mənzillərlə təmin edilməsinə başlanılması haqqında məlumatlar verilib.Yazının sonunda Azərbaycanda İslam dəyərlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi, son illərdə bir sıra məscidlərin tikildiyi və ya təmir edildiyi, dini tədris mərkəzlərinin yaradıldığı qeyd olunub.Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://dnanews.com.pk/2013-the-year-of-presidential-elections-in-azerbaijan-2/ və http://centreline.com.pk/?p=2607.
sia.az