İnanırıq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə onun Parlament Assambleyası tərəfindən bu ilki seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi məqsədi ilə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndirici Mişel Vuazən ilə görüşdə bildirib.
Spiker qeyd edib ki, ötən seçkilərdə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə onun Parlament Assambleyası tərəfindən hazırlanmış hesabatlarda müəyyən uyğunsuzluqlar var idi: "İnanırıq ki, builki seçkilərdə bu kimi hallara rast gəlinməyəcək, seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaqdır".
Mişel Vuazən görüşdə bildirib ki, o, ölkəmizdə keçirilmiş dörd seçkidə müşahidəçi kimi iştirak edib. O, seçki məntəqələrində şəffaflığın təmin edilməsi üçün veb-kameraların quraşdırılmasını təqdir edərək Azərbaycanın bu təcrübəsinin digər ölkələrdə tətbiqini də əhəmiyyətli hesab edib.
yap.org.az