PDF Oxu

Siyasət

  • 16

Natiq Məmmədov: “Hansı məntəqələrdə veb kameraların quraşdırılacağı məlum olacaq”

Natiq Məmmədov: “Hansı məntəqələrdə veb kameraların quraşdırılacağı məlum olacaq”

"Artıq daimi fəaliyyət göstərən seçki məntəqələri tam hazırdır və seçki prosesinə yüksək təminatla qoşulurlar". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov deyib.Onun sözlərinə görə, müvəqqəti əsaslarla yaradılan məntəqələrdə də hazırlıq işləri qanunvericiliyin verdiyi imkanlar çərçivəsində yüksək səviyyədə həyata keçirilir: "Builki məntəqələrin şəraiti yaxşı mənada əvvəlki illərdəkindən fərqlənir. Aşkarlıq institutu kimi seçki məntəqələrində quraşdırılan veb kameralar Azərbaycan təcrübəsidir və artıq bundan dünyanın bir sıra ölkələrində istifadə edilir. MSK əvvələr məntəqələrin 10 faizini veb kameralarla təchiz etmişdi. Bu il isə bu, 20 faiz məntəqəni əhatə edəcək".N.Məmmədov bildirib ki, məntəqələrdə quraşdırılan veb kameralar təyinatı üzrə istifadə olunmalıdır: "Veb kameraların quraşdırılması texniki məsələlərlə bağlıdır. Yəni görüntülər normal olmalıdır və müəyyən olunan müddət ərzində fəaliyyət göstərməlidir. Artıq MSK bu prosesi yekunlaşdırmaq üzrədir. Yaxın günlərdə hansı məntəqələrdə veb kameraların quraşdırılması ilə bağlı qərar veriləcək".

sia.az

Digər xəbərlər