PDF Oxu

Siyasət

  • 14

YAP gəncləri təbliğat-təşviqat kampaniyasında aktiv iştirak edirlər

Sərraf Balaxan:“Cənab İlham Əliyev xalqın etimadını və etibarını xalqa, millətə, vətənə xidmətlə qazanıb”

YAP gəncləri təbliğat-təşviqat kampaniyasında aktiv iştirak edirlər

16 sentyabr tarixindən etibarən prezidentliyə namizədlərin təbliğat və təşviqat kampaniyası başlayıb. YAP-ın bütün üzvləri kimi Gənclər Birliyinin üzvləri də bu kampaniyada fəal iştirak edirlər. Müsahiblərimiz təbliğat-təşviqat kampaniyasında iştiraklarından danışıblar.

Sərraf Balaxan, YAP Gənclər Birliyi ofisinin rəhbəri:

- Azərbaycan xalqının öz gələcəyini növbəti 5 ildə etibar edəcəyi, Prezident seçəcəyi günə çox az qalıb. Seçki Məcəlləsinə uyğun olaraq başlanan aktiv təbliğat və təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası və Partiyanın Gənclər Birliyi çox aktiv iştirak edəcəyini öncədən bəyan etmişdi. Namizədimiz Cənab İlham Əliyevin seçki qərargahının sədri olan Partiyanın sədr müavini Əli Əhmədovun göstərişləri və tövsiyyələri əsasında təbliğat başlayan andan etibarən YAP Gənclər Birliyi öz gücünü ortaya qoydu. Gecə saatlarından başlayaraq öncədən müəyyən edilmiş təbliğat lövhələrinə namizədimiz Cənab İlham Əliyevin plakatları yapışdırıldı. Bu bütün Bakı şəhər rayonlarında və regionlarımızda eyni zamanda başladı. Səhər şəhər küçələrinə çıxan insanlar ilk dəfə olaraq bizim namizədin şəkilləri ilə qarşılaşdılar. Təbii ki, bu gün Cənab Prezident əsil dövlət xadimi kimi seçki üçün deyil, xalqın və millətin gələcəyi üçün, dövlətin möhkəmlənməsi üçün çalışır. Prezidentin amalı artıq seçki deyil, Azərbaycanın ucalığı və öz layiqli yerinə yüksəlməsidir. Görülən bu işlərin hər biri ötən seçkilərdə olduğu kimi bu dəfə də xalqımız tərəfindən yüksək dəyərini alacaqdır. İnanırıq ki, xalq ən yüksək səviyyədə öz Prezidentini yenidən qalib edəcəkdir. Bütün bunlar reallaıqdır ki, Cənab İlham Əliyev xalqın etimadını və etibarını xalqa, millətə, vətənə xidmətlə qazanıb. Buna baxmayaraq, bizlər seçki təbligatında əsas məqsədimiz kimi, Cənab Prezidentin gördüyü işlərin təbliğatını aparmağı, atılan hər bir uğurlu addımı seçiciyə təqdim etməyi müəyyənləşdirmişik. Hər gün YAP gəncləri daha da artan say tərkibi ilə seçki təbliğatı işini həyata keçirəcəkdir. Sosial şəbəklərdə təbliğat əsas işimiz olsa da, flaşmobların, kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur. Hər gün yeni aksiyalarla, tədbirlərlə təbliğat işini daha rəngarəng edəcəyik.

Rəşad Abbasəliyev, YAP Sabunçu rayon Gənclər Birliyinin sədri:

- Məlumdur ki, 9 oktyabrda Azərbaycanda prezident seçkiləri günüdür. Bu gün ölkəmizin, xalqımızın həyatında önəmli günlərdən sayılır. Çünki xalq özünə inandığı, güvəndiyi, bacarığına, siyasətinə əmin olduğu bir insanı prezident seçir. Təbii ki, Azərbaycan xalqının inandığı şəxs Cənab İlham Əliyevdir. Çünki Cənab Prezident Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısıdır və Prezident olduğu bu 10 ildə xalqımız, ölkəmiz üçün misilsiz gözəl işlər görüb. Seçkilərin təbliğat-təşviqat kampaniyası 16 sentyabr tarixindən başladı və biz də YAP Sabunçu rayon Gənclər Birliyinin üzvləri olaraq bu kampaniya da ruh yüksəklyi ilə, dayanmadan, fəal şəkildə iştirak edirik. Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak etmək bizim üçün qürurdur. Biz əminik ki, Cənab İlham Əliyev növbəti dəfə də Azərbaycanın dövlət başçısı seçiləcək. Çünki bu xalqın istəyidir. Azərbaycan xalqı Prezident İlham Əliyevə qəlbən inanır və güvənir.

Zəkiyyə Musayeva, YAP Suraxanı rayon Gənclər Birliyinin sədri:

- Suraxanı rayon gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərir. Ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək, fəallıq göstərməyə çalışırlar. YAP-ın 600 mindən artıq üzvünün, ümumilikdə xalqımızın böyük əksəriyyətinin yeganə namizədi olan Cənab İlham Əliyevin seçkilərdə qələbəsi şəksizdir. Bu inama əsas verən amil isə dövlət başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlər, Azərbaycanın uğurlarıdır. Hər bir gənc böyük ruh yüksəkliyi ilə ən layiqli namizədin təbliğatçısı olmaqdan qürur hissi keçirir. Gənclərmiz seçki qərərgahının üzvləri olmaqla yanaşı, seçki günü müşahidəçi və məşvərətçi qismində də fəallaqılarını nümayiş etdirəcəklər. Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğunu bilirik. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Prezidenti dəstəkləyən gənclər öz fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır.

Riyad Məmmədov, YAP Səbail rayon Gənclər Birliyi İdarə Heyətinin üzvü:

- YAP Səbail rayon təşkilatının Gənclər Birliyində cəm olmuş vətənpərvər gənclər Azərbaycanın əvəzsiz lideri olan Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında fəal iştirak edirlər. Bu müstəvidə müxtəlif tədbirlər, konfranslar keçirilir, flashmob-lar təşkil olunur. Fəal üzvlərimiz tutumlu münasibətləri və məqalələri ilə mütəmadi olaraq ölkə mediasında çıxış edirlər. Gənclər vaxtlarının böyük hissəsini internetdə keçirtdikləri üçün sosial şəbəkələrdə də Ümummilli Lider Heydər Əliyevin yaratdığı müasir və müstəqil Azərbaycanın inkişaf strategiyalarını və Cənab Prezident İlham Əliyevin bu irsin layiqli davamçısı olaraq bütün həyat sahələrini ehtiva edən islahatlarından müzakirələr aparırlar. Son 10 ildə əldə olunmuş nailiyyətləri geniş şəkildə təbliğ edirlər. Biz Azərbaycanımızın günbəgün artan nüfuzunu və daha da möhkəmlənən müstəqilliyini Cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyində görürük, xalqın da ona göstərdiyi sevgi, etimad və dəstək göz önündədir. Elə bu səbəblərə görə prezident seçkilərində biz namizədimiz Cənab İlham Əliyevin qalib qələcəyinə şübhə etmirik.

Cahid Süleymanov

Digər xəbərlər