PDF Oxu

Siyasət

  • 13

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü qeyd edilmişdir

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü qeyd edilmişdir

Sentyabrın 18-də Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun hər il ənənəvi Milli Musiqi Gününün keçirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il sentyabrın 18-dən 28-dək keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq musiqi festivalları böyük əks-səda doğurmuşdur.

Tədbirdə, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açılmışdır.

sia.az

Digər xəbərlər