PDF Oxu

Siyasət

  • 13

Mərkəzi Seçki Komissiyası tərəfindən trenerlər üçün treninq başlanmışdır

Mərkəzi Seçki Komissiyası tərəfindən trenerlər üçün treninq başlanmışdır

Sentyabrın 18-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən trenerlər üçün treninq təşkil edilmişdir.

Tədbiri açan MSK sədrinin müavini Natiq Məmmədov treninqin əhəmiyyətindən danışmışdır. N.Məmmədov ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq və seçki ilə bağlı maarifləndirmə məsələləri barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə "Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenləri təsnifatı. Səslərin hesablanması və ilkin protokolun doldurulması" və "Əvvəlki treninqlərdə qazanılmış təcrübə. Seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması" mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

yap.org.az

Digər xəbərlər