PDF Oxu

Siyasət

  • 8

MSK trenerlər üçün treninq keçirir

MSK trenerlər üçün treninq keçirir

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) trenerlər üçün treninq keçirib. SİA-nın xəbərinə görə, treninqdə bütün dairə seçki komissiyalarının trenerləri iştirak edib.MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, trenerlərə təlimin keçirilməsi üçün müvafiq məlumatlar verilib və təlimat materialları ilə təchiz olunublar: "Bundan sonra trenerlər aid olduqları seçki dairələrində məntəqə seçki komissiyaları üzvləri üçün praktik məşğələlər keçəcəklər. Praktik məşğələlərdə həmin şəxslər praktik olaraq səsvermə gününü canlandıracaqlar. Ardıcıllıq seçki məcəlləsinin tələblərinə uyğun aparılacaq".MSK sədrinin müavini vurğulayıb ki, trenerlər çox məsuliyyətli işlə məşğuldur və bu prosesdə sapmalara yol vermək olmaz.Daha sonra MSK-nın trenerləri treninqdə seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, seçki günü prosedurlar və müstəsna hallar, səsvermə prosedurlarına dair praktiki tapşırıqlar, səslərin sayılmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması, əvvəlki treninqlərdə qazanılmış təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması mövzuları ətrafında çıxışlar ediblər.Qeyd edək ki, trenerlər üçün treninq sentyabrın 21-də yekunlaşacaq.

sia.az

Digər xəbərlər