PDF Oxu

Siyasət

  • 13

“ASAN xidmət” mərkəzləri vasitəsilə indiyədək 475 min insana xidmət göstərilmişdir

“ASAN xidmət” mərkəzləri vasitəsilə indiyədək 475 min insana xidmət göstərilmişdir

"ASAN xidmət" mərkəzləri vasitəsilə indiyədək 475 min insana xidmət göstərilmişdir.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov sentyabrın 18-də 3 saylı Bakı "ASAN xidmət" mərkəzində keçirdiyi mətbuat konfransında demişdir.

İnam Kərimov bildirmişdir ki, Bakının 3 rayonunda və Sumqayıtda "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərir. Artıq paytaxtın 9 rayonunun əhalisi bu xidmətlərdən istifadə edir. Yaxın vaxtlarda Sabunçu, Xəzər və Pirallahı rayonlarının sakinləri də "ASAN xidmət" mərkəzinin xidmətlərindən istifadə edəcəklər. Bundan başqa, tezliklə Gəncədə də "Asan xidmət" mərkəzi fəaliyyətə başlayacaqdır.

Agentliyin sədri qeyd etmişdir ki, hələlik "ASAN xidmət" mərkəzlərinin xidmətlərindən istifadə edə bilməyən regionlarda səyyar avtobuslar fəaliyyət göstərir. Artıq 14 rayonda 25 rayonun 40 min əhalisinə səyyar avtobuslar vasitəsilə xidmət göstərilmişdir.

yap.org.az

Digər xəbərlər