PDF Oxu

Siyasət

  • 7

Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir

Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir

Sentyabrın 18-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir.

Komitənin sədri Hadi Rəcəbli iclasda "Sosial müavinətlər haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial sığorta haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlarda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinin müzakirə olunacağını bildirmişdir.

Qeyd edilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin adında, 10.7 və10.8-ci maddələrinə edilməsi nəzərdə tutulan dəyişikliklər və 10-1-ci maddənin əlavə olunması Qanunda nəzərdə tutulan müavinətlərin tam məbləğdə ödənilməsi məqsədini daşıyır. Hadı Rəcəbli vurğulamışdır ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunların tələblərinə əsasən sığorta olunanların və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi məqsədini daşıyır.

yap.org.az

Digər xəbərlər