Paytaxt Bakı ilə bərabər ölkəmizin bütün bölgələrində YAP Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını böyük ruh yüksəkliyi və uğurla həyata keçirir
Anar Şahmuradov,
YAP Ağdaş rayon gənclər birliyinin sədri:
- Bildiyimiz kimi prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. Respublikamızın hər yerində olduğu kimi, Ağdaşda da gənclərimiz öz fəallıqları ilə seçilirlər. Partiyamızın sıralarında birləşən ağdaşlı gənclər bu gün böyük coşqu ilə Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start veriblər. İlk işimiz təbliğat şəkillərini müəyyən olunmuş yerlərdə yerləşdirmək oldu. Bundan əlavə, fəal gənclərimiz təhsil və səhiyyə sahəsində çalışan gənclərlə görüş keçirdilər. Keçirlən görüşlərdən belə qənaətə gəlmək olur ki, digər ağdaşlı gənclər kimi bu sahədə çalışan gənclərimiz də Cənab İlham Əliyevin son 10 ildə həyata keçirdiyi işlərlə yaxından tanışdırlar və növbəti 5 ildə də məhz Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsini arzulayırlar və Onu dəstəkləyirlər. Qarşıdakı günlərdə bizim bir çox görüşlərimiz var. Rayonumuzun hər bir kəndində yaşayan gənclərimizlə görüşməyi planlaşdırmışıq. Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev son 10 ildə öz Prezidentliyi dövründə digər bölgələrə olduğu kimi Ağdaşa da xüsusi diqqət və qayğı göstərmişdir. Ağdaş gəncliyi bunu çox gözəl dərk edir və bütün bunlara əsaslanaraq öz namizədlərini müəyyən etmişlər. Beləliklə biz ağdaşlı gənclər növbəti 5 ildə də "İlhamla İrəli!" deyib, Cənab İlham Əliyevi dəstəkləyəcəyik.
Taleh Salehov,
YAP İsmayıllı rayon gənclər birliyinin sədri:
- İsmayıllı gəncləri təbliğat-təşviqat kampaniyasının başlanmasını səbirsizliklə gözləyirdilər. Bu kampaniya başladı və 16 sentyabrdan etibarən bizlər də təbliğat-təşiqat işlərinə uğurla start verdik. Gənclər Cənab İlham Əliyevin təbliğat-təşviqatına səfərbərdilər. Rayon ərazisinidəki 71 məntəqədə seçki komissiyasına yaxın yerdəki təbliğat lövhələrinə Prezident İlham Əliyevin şəkilləri vurulub. İvanovka, Qalinçaq kəndlərində Cənab İlham Əliyevin təbliğatına həsr olunmuş görüşlər keçirilib. Bu işdə gənclər ən fəal mövqedədirlər.
Murad Cənnətov,
YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin idarə heyətinin üzvü:
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında da 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərinə hazırlıq işləri intensiv şəkildə aparılır. Bu işdə də rayon gənclərimiz çox böyük həvəs və əzmkarlıq nümayiş etdirirlər. Prezidentimiz Cənab İlham Əliyevi təkcə bizim rayon deyil, respublikamızın bütün bölgələrində də gənclərlə yanaşı əhalinin bütün təbəqələri dəstəkləyir, təbliğat işində fəal iştirak edirlər. İstənilən sahədə və həmçinin, gənclər mühitində aparılmış düzgün siyasətin məntiqi sonluğu olaraq bu gün Cənab Prezidentimiz İlham Əliyev biz gənclərə kifayət qədər diqqət ayırır. Eyni zamanda bu diqqətin davamı olaraq paytaxt Bakı olmaqla, respublikamızın bütün rayon və ərazilərində gənclərə geniş imkanlar yardılır. Məhz bu baxımdan da, gənclərin seçimi birmənalı şəkildə Prezident İlham Heydər oğlu Əliyev Cənablarıdır.
Cahid Süleymanov