Sentyabrın 18-da Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT–in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazə və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani ilə partiyanın qərargahında görüşdü.
Görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq işləri, təbliğat-təşviqat kampaniyasının gedişi, eləcə də beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.
yap.org.az