Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən nüfuzlu beynəlxalq maliyyə sərgi və konfransı olan sayca 35-ci "SIBOS 2013"-də Azərbaycanın Yüksək Texnologiyalar Parkı (YT Park) ilə bağlı geniş təqdimat keçirilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə YT Parkın rəsmisi "Yüksək Texnologiyalar Parkı - gələcək planlar və perspektivlər" mövzusunda geniş məlumat vermişdir.
Dünya İnterbank Maliyyə Telekommunikasiyaları Birliyinin (SWIFT) təşkilatçılığı ilə keçirilən "SİBOS" beynəlxalq sərgi-konfransı 7 minədək maliyyə institutlarını, ekspertləri, beynəlxalq korporasiyaları və informasiya texnologiyaları şirkətlərini bir araya gətirir.
"SIBOS 2013" sentyabrın 19-da başa çatacaqdır.
Gələn il forumun ABŞ-ın Boston şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.
yap.org.az