PDF Oxu

Siyasət

  • 22

Cəlilabadda seçicilərlə görüş

Cəlilabadda seçicilərlə görüş

Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdüyü cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirir. Seçiçilərlə növbəti belə görüş Cəlilabad rayonunun Qarazəncir və Sabirabad kəndlərində baş tutub. Təbliğat-təşviqat kampaniyasının üzvü politoloq Elman Nəsirov, deputatlar Malik Həsənov və Mirkazım Kazımov seçicilərlə görüşərək onlara seçkinin əhəmiyyətindən, son beş ildə rayonda və respublikada görülən işlərdən danışaraq bu ənənəni, sürətli inkişafı davam etdirmək üçün bir daha İlham Əliyevə səs verməyə çağırıb.

Elman Nəsirov çıxış edərək bildirdi ki, illərdir bu yol bizi qələbələrə aparır: "Qarşıda bizi yeni qələbələr, yeni uğurlar, yeni nailiyyətlər gözləyir. Biz əminik ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ qarşıdan gələn prezident seçkiləridir. Hamınıza məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti partiyamızın bu qərarını dəstəkləyir və müdafiə edir. Biz inanırıq ki, həmişə olduğu kimi, başladığımız bütün yollar qələbə ilə yekunlaşdığı kimi, qədəm qoyduğumuz bu yol da qələbə ilə yekunlaşacaq. Bir aydan sonra biz sizinlə birlikdə cənab İlham Əliyevin növbəti əzəmətli qələbəsini qeyd edəcəyik. Biz inanırıq ki, İlham Əliyev bu seçkidə də qalib gələcək. Çünki xalq ona inanır. İlham Əliyev xalqına güvənir. Biz inanırıq ki, İlham Əliyev bu seçkidə qalib gələcək. Ona görə ki, cənab İlham Əliyev Azərbaycana həmişə xeyir gətirmiş ulu öndər Heydər Əliyev siyasətini həyata keçirir. Azərbaycan xalqı artıq öz seçimini edibdir. Bu seçim İlham Əliyevdir. Eşq olsun o xalqa ki, həmişə müdrik qərarlar qəbul edib. Eşq olsun bu xalqa! Eşq olsun bu xalqın seçdiyi və yenə seçəcəyi cənab İlham Əliyevə".

Çıxış edən seçicilər də bildiriblər ki, onlar builki seçkiləri çoxdandır gözləyir və səslərini bir nəfər kimi İlham Əliyevə verəcəklər.

sia.az

Digər xəbərlər