"Mənə elə gəlir ki, siyasi qüvvələr, o cümlədən "Milli Şura" apponent hesab etdiyi bütün namizədlərlə bir üslubda danışmalıdır". Bu sözləri SİA-ya Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Milli Şuranın təbliğatının tənqid və təhqir üzərində qurmasına münasibət bildirərkən deyib.O bildirib ki, "Milli Şura" təbliğatını daha çox təhqirə deyil, tənqidi mövqeyə yönəltməlidir: "Təhqir siyasətin üslubunu xeyli dəyişir. Ona görə də "Milli Şura" öz platformalarını təqdim etmək əvəzinə, hakimiyyəti tənqid edir. Bu da özlərini nüfuzdan salmağa xidmət edir. Onlar planlarını, platformalarını söyləmək əvəzinə, başqasını təhqir edərək varlıqlarını göstərməyə cəhd edirlər. Bu məsələdə ikinci variant yanlışdır. Ona görə də onlar ilk növbədə özlərinin təqdimatı barədə düşünməlidirlər. Nə qədər ki özlərini tanıda bilməyəcəklər, o vaxta qədər xalqdan az dəstək alacaqlar. Bütün bunlara görə də "Milli Şura" siyasətdən əl çəkməlidir".
sia.az