PDF Oxu

Siyasət

  • 10

"Azərbaycan sivil ölkə kimi qəbul edilir"

"Azərbaycan sivil ölkə kimi qəbul edilir"

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının bu günlərdə yaydığı 1 nömrəli Aralıq Hesabatında göstərilən bəzi iradlarla razılaşmaq olmaz". Bu barədə SİA-ya millət vəkili Aydın Mirzəzadə mövcud hesabata münasibət bildirərkən deyib.Qadın namizədin irəli sürülməməsi ilə bağlı hesabatda yer alan irada toxunan A.Mirzəzadə qeyd edib ki, prezidentliyə 10 namizədin arasında qadın namizədin olmamasının irad kimi bildirilməsi düzgün deyil: "Hesab edirəm ki, bu, birbaşa aşağı təşəbbüslərdən gələn bir məsələdir. Bu gün qadın namizədin olmaması təbii şəkildə yaranan bir nəticədir. Ancaq bununla belə namizədlərin seçki platformasında qadın hüquqlarının qorunması, qadın potensialından cəmiyyətdə maksimum istifadə edilməsi məsələlərinə çox ciddi toxunulur".2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmaması məsələsinə gəlincə isə millət vəkili bildirib ki, bu, çox təəssüf doğurur: "Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə sıx işləyir, onların tövsiyələrini hər zaman nəzərə alır və Avropa təcrübəsinin Azərbaycanda yayılmasında çox maraqlıdır. Bu gün Azərbaycan Avropa dəyərlərinin daşıyıcısı olan sivil bir ölkə kimi qəbul edilir".Azərbaycanda televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada münasibət bildirən A.Mirzəzadə deyib ki, Azərbaycanda olan telekanallardan cəmi biri dövlət kanalıdır, biri ictimai, qalanları isə özəl kanallardır və proqram siyasətini onlar müəyyənləşdirirlər: "Bu məsələyə dövlət müdaxilə edə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, vətəndaş informasiyanı ancaq telekanaldan almır. Bu gün mətbuat, internet televiziyası, sosial şəbəkələr də informasiya daşıyıcısıdır və bunların hər birində müxtəlif fikirlərin təbliğinə, polemikasına rast gəlirik".Bu baxımdan A.Mirzəzadə vurğulayıb ki, ATƏT/DTİHB-nin iradları ilə razılaşmaq olmur: "Hesab edirəm ki, ATƏT-də olan müşahidəçilər çox təəssüf ki, məsələyə bir bucaq altında baxmağa və ancaq öz fikirlərini həqiqət kimi qəbul etdirməyə çalışırlar".

sia.az

Digər xəbərlər