"Azərbaycanın işğal olunan ərazilərinə səfər edən Kaliforniya Ştatından olan nümayəndələrin əksəriyyəti ABŞ vətəndaşı olan ermənilər və erməni lobbisinin radikallarıdır". SİA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat ximətinin rəhbəri Elman Abdullayev bu gün keçirilən brifinqdə deyib.Onun sözlərinə görə, bu siyahıda adları çəkilənlərin ermənilər olması Azərbaycanın haqlı mövqeyini bir daha təsdiqləyir: "Azərbayacanın işğal olunan ərazilərinə səfər edənlərin bir hissəsi aldadılan, digərləri isə ermənilərdir".E.Abdullayev bildirib ki, bu siyahıda adı keçən Kaliforniya Ştatının Nümayəndələr Palatasınn üzvü Bob Blumenfild Azərbaycanın Los-Ancelosdakı Baş Konsulluğuna müraciət edib: "O, Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etmək üçün Azərbaycan tərəfinin razılığını xahiş edib. Digər üzvlərə gəldikdə isə, Azərbaycan tərəfi öz prinsipial mövqeyinda dayanır. Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfər edən şəxslər Azərbaycan tərəfindən arzuolunmaz şəxs kimi elan olunacaq".
sia.az