PDF Oxu

Siyasət

  • 9

Ağstafada prezident seçkilərinin demokratik qaydalara uyğun və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılmışdır

Ağstafada prezident seçkilərinin demokratik qaydalara uyğun və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılmışdır

108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrində oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq aparılır.

Seçkilər seçki dairəsi üzrə 38 seçki məntəqəsində keçiriləcəkdir.

108 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Tamerlan Eyyubov AzərTAc-a bildirmişdir ki, seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılmışdır. Məntəqələrin ərazisində seçkiqabağı təbliğat, habelə təşviqat materiallarının yerləşdirilməsi üçün müvafiq yerlər də ayrılmışdır.

Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılmışdır.

Səsvermənin gedişini izləmək üçün 8 məntəqədə veb-kameralar quraşdırılmışdır.

AzərTAc

Digər xəbərlər