PDF Oxu

Siyasət

  • 7

Tahir Kərimli: “Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu İlham Əliyevin 10 illik fəaliyyətinin nəticəsidir”

Tahir Kərimli: “Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu İlham Əliyevin 10 illik fəaliyyətinin nəticəsidir”

"Mən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab Prezident İlham Əliyevin 10 illik hakimiyyət dövrünü Azərbaycan tarixində analoqu olmayan sıçrayış dövrü kimi xarakterizə edirəm. Bunu tək mən deyil, xarici beynəlxalq təşkilatların nümayəndələri də söyləyirlər". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli Prezident İlham Əliyevin 10 illik fəaliyyətinə münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, paytaxt Bakıya nəzər saldıqda şəhərin nə qədər inkişaf etdiyini görmək mümkündür: "Eyni zamanda Azərbaycanın bütün regionlarında da bu inkişafın şahidi ola bilərik. Hətta makroiqtisadi göstəricilər xeyli dərəcədə yüksəlib. Amma 10 il bundan əvvəl bütün bunlar xəyal kimi idi. Məhz Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən bu uğurlara nail olundu və ölkəmiz günü-gündən inkişat etdi. Bu gün Azərbaycanın beynəlxalq arenada söz sahibinə çevrilməsi, ölkəmizin BMT TŞ-ya üzv qəbul olunması, bir sözlə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu İlham Əliyevin 10 illik fəaliyyətinin nəticəsidir".

sia.az

Digər xəbərlər