PDF Oxu

Siyasət

  • 8

QHT rəhbəri: “Gələcəyimizə zəmin yaradan yeganə namizəd, məhz İlham Əliyevdir”

QHT rəhbəri: “Gələcəyimizə zəmin yaradan yeganə namizəd, məhz İlham Əliyevdir”

"Son 10 il ərzində Azərbaycanda bütün sahələrdə əldə olunan nailiyyətlər ölkəmizin dünyada nüfuz sahibi kimi tanınmasına gətirib çıxarıb". Bu sözləri SİA-ya "Demokratik Azərbaycan Naminə" Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud ölkə başçısının 10 illik fəaliyyəti ilə bağlı açıqlamasında deyib. O bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik isə 5 faizə enib.Onun sözlərinə görə, strateji valyuta ehtiyatlarımız artıq 50 milyard dollara yüksəlib: "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində Azərbaycan dünyanın kosmik ölkələri sırasına daxil olub. Mən 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməyimizi 2003-2013-cü illərdə əldə olunan uğurların ən parlaq və önəmli nümunələrindən biri kimi qiymətləndirirəm. Nəinki Bakı, eləcə də digər şəhərlərimiz mühüm siyasi, mədəni, humanitar tədbirlərə ev sahibliyi etməklə Cənubi Qafqazın beyin mərkəzinin Azərbaycan olduğunu dünyaya sübut etdi. Biz sadalanan və sadalanmayan uğurları, müstəqil qərar qəbul etmək haqqımızı kimsəyə güzəştə getmədən əldə etmişik. Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin nəticəsidir".QHT rəhbəri əminliklə bildirib ki, aparılan siyasətin 10 illik yekunu olaraq 9 oktyabr seçkilərində Azərbaycan seçicisi ortaya şüurlu siyasi iradə qoyaraq sabit, davamlı və kimsənin qarşısında əyilməyən siyasi kursa, cənab İlham Əliyevə səs verəcək: "Sentyabrın 16-dan başlanan təbliğat-təşviqat prossesi demokratik şəkildə davam edir. Seçkilərdə 10 nəfər namizəd mübarizə aparsa da, insanların böyük əksəriyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Çünki Azərbaycan xalqı ölkəmizdə gedən sürətli inkişafın şahididir. Bu inkişafın növbəti 5 ildə də uğurla davam etdirilməsinə zəmin yaradan namizəd, məhz İlham Əliyevdir".

sia.az

Digər xəbərlər