PDF Oxu

Siyasət

  • 6

24 saylı Nizami I seçki dairəsinin məntəqələrində prezident seçkilərinə hazırlıq işləri davam etdirilir

24 saylı Nizami I seçki dairəsinin məntəqələrində prezident seçkilərinə hazırlıq işləri davam etdirilir

Bu ilin oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədi ilə 24 saylı Nizami I seçki dairəsinin məntəqələrində seçici siyahılarına daxil edilmək üçün fəal seçki hüququna malik olan seçicilər haqqında məlumatların dəqiqləşməsi aparılmış və bu məlumatlar Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Bu sözləri AzərTAc-a müsahibəsində 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov demişdir.

N.Nəcəfov bildirmişdir ki, seçki dairəsinə 28 seçki məntəqəsi daxildir ki, bunlardan 3-nün öz inzibati binası vardır, digər seçki məntəqələrinin 2-si səhiyyə, qalanı isə məktəblərdir. Seçki dairəsində siyahıya 39 min 215 seçicinin adı daxil edilmişdir. Artıq 10 məntəqədə veb-kameralar quraşdırılmışdır.

AzərTAc

Digər xəbərlər