Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən komitə sədri Eldar İbrahimov 2013-cü il yaz və növbədənkənar sessiyaları dövründəki hesabatı açıqlayıb. O bildirib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib, bu iclaslarda 3 məsələ, o cümlədən 3 qanun layihəsi geniş müzakirə edilib: "Milli Məclisdə komitənin 8 qanunu qəbul edilib. Hesabat dövründə Aqrar siyasət komitəsinə 56 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub. 21 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. 34 ərizə isə təkrar daxil olduğu və ərizəyə şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından cavablar olduğu üçün işə alınıb. Həmin dövr ərzində 23 şikayətçi komitənin sədri tərəfindən bilavasitə Milli Məclisə qəbul edilib".Eldar İbrahimov həmçinin Komitənin payız sessiyası üçün qanunvericilik işlər planını da açıqlayıb. O qeyd edib ki, plana 4 qanun layihəsi "Yaşıllıqların mühafizəsi haqqında", "Balıqçılıq haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavələrin və dəyişiklərin edilməsi barədə məsələlər daxildir:" "Yaşıllıqların mühafizəsi haqqında" qanun layihəsi rəy alınması üçün müvafiq təşkilatlara göndərilib".
sia.az