PDF Oxu

Siyasət

  • 11

Allahşükür Paşazadə: “Hamımız seçkilərdə Prezident İlham Əliyevə dəstək verməliyik”

Allahşükür Paşazadə: “Hamımız seçkilərdə Prezident İlham Əliyevə dəstək verməliyik”

"Azərbaycan artıq borc alan dövlətdən borc verən dövlətə çevrilib, iqtisadiyyatı sürətlə inkişaf edir". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin təşəbbüsü və təşkilatçılığı ilə cümə axşamı Bakıda respublikanın din xadimlərinin iştirakı ilə keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu inkişafa Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi səbəb olub.Onun sözlərinə görə, Azərbaycana dünyada münasibət dəyişir: "Dövlətimiz elə bir mövqe tutur ki, onunla hesablaşmamaq olmaz. Bütün bunları nəzərə alaraq mən düşünürəm ki, bizim hamımız qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevə dəstək verməliyik".A.Paşazadə dövlətin din xadimlərinə qayğısından da danışıb: "Bakıda və digər şəhərlərdə xeyli sayda məscid bərpa olunur, bu gün isə Azərbaycanda ən böyük məscid tikilir. Ölkədə bütün dini bayramlar yüksək səviyyədə keçirilir, heç bir dini ayini həyata keçirməyə maneə yaradılmır. Bu, dövlət başçısının dinə, din xadimlərinə münasibətinin göstəricisidir. Azərbaycanda hər bir dindar fəxr edir ki, İlham Əliyev kimi Prezidenti var".

sia.az

Digər xəbərlər