PDF Oxu

Siyasət

  • 7

Fəzail Ağamalı: “İlham Əliyevin yürütdüyü siyasət Azərbaycana dinamik inkişaf edən ölkə imicini qazandırıb”

Fəzail Ağamalı: “İlham Əliyevin yürütdüyü siyasət Azərbaycana dinamik inkişaf edən ölkə imicini qazandırıb”

"2003-cü ildən 2013-cü ilə qədər Azərbaycan öz inkişafının intibah dövrünü yaşayıb. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada bu inkişaf, tərəqqi özünü bu və ya digər şəkildə göstərməsin. Bu inkişaf tək şəhərlərdə deyil, bütövlükdə Azərbaycan Respublikasında özünü dinamik şəkildə büruzə verir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin son 10 il ərzində ölkəmizin inkişafı istiqamətində gördüyü işlərə münasibət bildirərkən deyib.Fəzail Ağamalının sözlərinə görə, yeni infrastruktur layihələrinin hazırlanması və buna kifayət qədər investisiyanın ayrılması, Azərbaycanı yüksək səviyyəyə qaldırıb: "Yolların çəkilməsi, körpülərin inşası, yeni-yeni sosial obyektlərin tikilib istifadəyə verilməsi, səhiyyə ocaqlarının yeniləşməsi, kənd məktəblərinin əsaslı təmiri və s. bu inkişafın bariz göstəriciləridir. Eləcə də kənd təsərrüfatına investisiyanın qoyulması prosesi günü-gündən artmaqdadır. Bununla belə hərbi quruculuq sahəsində ölkəmiz görünməmiş uğurlara imza atıb. Biz istənilən sahəyə diqqət yetirsək və bölgələrə səfər etsək, ölkəmizin inkişafının şahidi olarıq. Əslində bütün bu inkişaf və uğurlar cənab Prezident İlham Əliyevin qlobal, ölçülüb-biçilən, ölkə xalqının maraqlarına xidmət edən siyasətinin məntiqi nəticəsinə söykənir".Partiya sədri bildirib ki, ölkəmiz eyni zamanda beynəlxalq aləmdə də özünün nüfuzunu gücləndirməkdədir: "Azərbaycan bu gün sayılıb-seçilən dövlətlərdən biridir. Biz Avropanın Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan dövləti olaraq, mühüm rol oynayırıq. Məhz bunun da əsas səbəbkarı cənab Prezident İlham Əliyevdir. Azərbaycan iqtisadi cəhətdən stabil, dinamik inkişaf edən ölkə imicini qazanıb. Eləcə də ölkəmiz xarici partnyorlar üçün əlverişli və etibarlı dövlət kimi qəbul olunur. Bütün bunlar ölkə başçısı İlham Əliyevin son 10 il ərzində həyata keçirmiş olduğu siyasətin nəticəsidir".

sia.az

Digər xəbərlər