9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası(YAP) ölkənin bütün rayonlarında təbliğat-təşviqat tədbirlərini davam etdirir. Dünən bu işlərin davamı olaraq Yardımlı rayonunun Avaş və Perinbel kəndlərində seçicilərlə görüş keçirilib.
Tədbirdə pedaqogika üzrə elmlər doktoru, professor Mircəfər Həsənov və Milli Məclisin deputatı Musa Qasımlı çıxış edib.
Kənd ağsaqqalları da öz çıxışlarında cənab prezidentə öz dərin təşəkkürlərini bildirərək 9 oktyabr 2013–cü ildə keçiriləcək prezident seçkilərində yekdilliklə iştirak edərək növbəti illərdə də cənab İlham Əliyevin prezident görmək istədiklərini bildiriblər.
sia.az