"Azərbaycan xalqı 9 oktyabrda öz seçimini doğru edəcək". Bu sözləri Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr din xadimlərinin iştirakı ilə keçirilən konfransda deyib. O bildirib ki, Azərbycanda son illər baş verən dəyişikliklər heyrətamizdir.Rus Pravoslav Kilsəsinin fəaliyyətinə Sovetlər dönəmində böyük maneələr yaradıldığını deyən Aleksandr Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə münasibətin dəyişdiyini də vurğulayıb: "Ölkədə məscidlərlə yanaşı kilsələr də abadlaşdırılır. Yaxın günlərdə Bakı İeparxiyasının mədəni mərkəzinin açılışı olacaq. Bu da bir daha dövlət başçısının diqqətinin göstəricisidir".Dağ Yahudiləri dini icmasının sədri Milix Yevdayev də ölkə başçısının din sahəsinə olan diqqət və qayğısından danışıb. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləyir: "Azərbaycanda kiçik xalq olmamıza baxmayaraq, Prezident İlham Əliyev bizə diqqət göstərir. Dağ yahudiləri özlərinin və övladlarının taleyini Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevə etibar edir".
yap.org.az