PDF Oxu

Siyasət

  • 8

Azərbaycan XİN-in rəsmi nümayəndəsi ABŞ-ın Kaliforniya ştatının nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə gözlənilən səfərini şərh etmişdir

Azərbaycan XİN-in rəsmi nümayəndəsi ABŞ-ın Kaliforniya ştatının nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə gözlənilən səfərini şərh etmişdir

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev ABŞ-ın Kaliforniya ştatının nümayəndə heyətinin Azərbaycanın işğal edilmiş ərazilərinə gözlənilən səfərini şərh etmişdir.

E.Abdullayev brifinqdə bildirmişdir ki, ölkənin işğal edilmiş ərazilərinə qanunsuz səfərlər məsələsinə dair Azərbaycanın prinsipial mövqeyi dəyişməmişdir.

XİN-in nümayəndəsi demişdir: "Nümayəndə heyətinin üzvlərinin açıqlanmış siyahısında, əsasən, erməni lobbisinin radikal əhval-ruhiyyəli nümayəndələrinin adları var. Bu sübut edir ki, işğal olunmuş ərazilərə səfər edən insanların bir qismini Ermənistan tərəfi aldatma və yanlış informasiya vermək yolu ilə oraya cəlb edir, digər qismini isə ermənilərin özləri və erməni lobbisinin nümayəndələri təşkil edir".

E.Abdullayev onu da bildirmişdir ki, nümayəndə heyətinin tərkibində olan Los-Anceles şəhər şurasının üzvü Bob Blumenfild Dağlıq Qarabağa getməyə icazə almaq üçün Azərbaycan tərəfinə müraciət etmişdir. XİN-in nümayəndəsi demişdir: "Nümayəndə heyətinin digər üzvləri barəsində Azərbaycan öz prinsipial mövqeyinə sadiqdir. Ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər edən, yəni bunun üçün Azərbaycandan icazə almamış insanların adları əvvəlki kimi persona nonqrata siyahısına salınacaqdır".

yap.org.az

Digər xəbərlər