PDF Oxu

Siyasət

  • 15

Politoloq: “Öndə gedən Cəmil Həsənlidirsə, gör onda o birilər nə gündədir?!"

Politoloq: “Öndə gedən Cəmil Həsənlidirsə, gör onda o birilər nə gündədir?!"

" "Milli Şura"da platforma hazırlamaq üçün peşəkar kimsə yoxdur". Bu sözləri SİA-ya Politoloq Cümşüd Nuriyev "Milli Şura"nın gizli saxladığı platformasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, platforma hazırlamaq üçün yüksək təcrübəyə malik olmaq lazımdır: " "Milli Şura"da belə bir təcrübəyə malik heç kim yoxdur. Orada peşəkar populist və boşboğazlar var. Bundan başqa "Milli Şura"da peşəkar böhtançılar var ki, onların ən böyük işi kiminsə haqqında tənqidi, təhqiredici fikirlər səsləndirməkdən ibarətdir. Onlar nəinki platforma, hətta hansısa bir sahənin inkişaf etdirilməsi ilə bağlı konkret məsələ ortaya qoymağa qadir deyillər, çünki bunun üçün təcrübə, eyni zamanda düşüncə tərzi lazımdır. İntellekti olmayan adamlar hər zaman "boş qazan" kimi səslər çıxarırırlar. Onlar guya öz platformalarını gizlədirlər. "Milli Şura"da kim platforma hazırlayacaq ki? Eldar Namazov, yoxsa Eldəniz Quliyev? Onların hakimiyyətə gəlmək məsələsi sadəcə bir xəyaldır. Əgər onların öndə gedəni Cəmil Həsənlidirsə, gör onda o birilər nə gündədir? Ona görə də Milli Şura heç bir zaman hakimiyyətə gələ bilməz".

sia.az

Digər xəbərlər