Xaçmazda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Xaçmaz rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, rayonun Gurbulaq kəndində seçicilərlə növbəti görüş keçirilib.Rayonun Qalağanlı və Çarxılı kəndində baş tutan görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası respublikanın bütün şəhər və rayonlarda olduğu kimi, Xaçmaz rayonunda da yüksək səviyyədə keçirilir: "Sevindirici haldır ki, xaçmazlılar bu görüşlərə böyük maraq göstərir. Bu, İlham Əliyevin şəxsiyyətinə olan yüksək ictimai münasibətdən qaynaqlanır".Prezidentin fəaliyyəti və gördüyü işlərlə hər bir vətəndaşın sevgisini qazandığını söyləyən N.Ağayev son 10 ildə ölkəmizdə qazanılan uğurları sadalayaraq iqtisadi, siyasi və digər sahələrdə əldə olunan nailiyyətlərin davam etməsi üçün ölkə başçısı İlham Əliyevin yenidən prezident seçilməsinin vacibliyini vurğulayıb: "Biz Xaçmazlılar, hamılıqla Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə səs verməliyik. Çünki, məhz İlham Əliyevi seçməklə öz gələcəyimizə, firavan, xoşbəxt sabahlara səs vermiş olacağıq. Bu baxımdan Xaçmazlıların seçimi artıq bəllidir. 9 oktyabrda biz seçicilər dövlətimizi inkişafa, tərəqqiyə, əmin-amanlığa çatdıran kursa və bu kursu uğurla həyata keçirən İlham Əliyevə səs verəcəyik!"Görüşdə çıxış edənlər hər bir vətəndaşın 9 oktyabr prezident seçkilərində öz demokratik hüququndan istifadə edərək dövlətimizin gələcək taleyini cənab İlham Əliyevə etibar edəcəklərini bildiriblər: "İlham Əliyevin həyata keçirdiyi siyasət insanların rahatlığının, rifahının qorunmasına, sabitliyə, əmin-amanlığa xidmət edir: "Bu gün Azərbaycan xalqının, o cümlədən Xaçmazlıların rəyi bəllidir - xalqımız birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyir".
sia.az