PDF Oxu

Siyasət

  • 12

Xalqın alternativsiz LİDERİ

Xalqın alternativsiz LİDERİ

Qax rayonunda seçicilərlə görüşlər davam edir

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, Qum, Çinarlı, Süskənd, Fıstıqlı, Ləkit, Zərnə və Ləkit-Kötüklü kəndlərində keçirilən görüşlərdə çıxış edən YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov Qaxlıların cənab İlham Əliyevə dəstək olmaqla ölkəmizin yüksək inkişafına səs verəcəklərini bildirib.N.Əhmədovun sözlərinə görə, artıq 4 gündür ki, ölkəmizdə təbliğat-təşviqat kampaniyasına start verilib. Vətəndaşların cənab İlham Əliyevin təbliğat kampaniyasına böyük maraq göstərməsinin sevindirici hal olduğunu deyən rayon təşkilatının sədri bildirib ki, Azərbaycan xalqı dövlət başçısına böyük etimad, inam göstərir, onun həyata keçirdiyi siyasi kursu ürəkdən bəyənir: "Çünki xalqımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanının son 10 ildə böyük inkişaf yolu keçdiyinin şahididir. Bu gün Azərbaycan Cənubi Qafqazın ən aparıcı ölkələrindən biridir. Dünyanın ən inkişaf etmiş ölkələri sırasında olan Azərbaycanın iştirakı olmadan regionda heç bir təşəbbüs, ideya uğurla nəticələnə bilməz. Xüsusilə, BMT kimi dünyanın nüfuzlu təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq iqtisadi-siyasi analitik mərkəzlərin hesabatlarında ən yüksək göstəricilərlə qiymətləndirilir. Sözsüz ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yüksək siyasi bacarığının, praqmatik inkişaf xəttinin nəticəsində reallığa çevrilib. Buna görə də qarşıdan gələn prezident seçkilərində bütün Qax ictimaiyyəti əvvəlki seçkilərdə olduğu kimi, fəallıq nümayiş etdirəcək, İlham Əliyevə dəstək olmaqla ölkəmizin yüksək inkişafına səs verəcəklər".Milli Məclisin üzvü Azər Kərimli, tibb elmləri namizədi Afər Allahverdiyev Qaxlıların hər bir prosesdə, xüsusilə seçki prosesində fəal olduqlarını qeyd ediblər. Vurğulayıblar ki, bu seçkidə də Qax seçicilərinin Ulu Öndər Heydər Əliyevin siyasi kursuna, cənab İlham Əliyevin praqmatik siyasi strategiyasına dəstək olacaqları birmənalıdır.Görüşdə çıxış edən sakinlər də Azərbaycanın son illərdə böyük inkişaf yolu keçdiyini vurğulayaraq, ölkəmizin qazandığı bütün nailiyyətlərin İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun nəticəsində reallığa çevrildiyini bildiriblər. Seçicilər bir daha əminliklə 9 oktyabrda Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər