Bunu Nizami rayonunun Keşlə qəsəbəsi sakinləri keçirilmiş görüşdə bir daha bildiriblər
Sentyabrın 19-da qarşıdan gələn prezident seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nizami rayonunun Keşlə qəsəbəsində seçicilərlə görüş keçirilib.Görüşü açan Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva toplantı iştirakçılarına görüşə gəlmiş qonaqları təqdim edib.
Çıxış edən millət vəkili deyib ki, bu görüşün əsas məqsədi qarşıdan gələn prezident seçkiləri ilə bağlı vəziyyəti təhlil etməkdir: "Bu gün vacib, məsuliyyətli və şərəfli bir gündür. Azərbaycanı dünya ölkələri sırasında birincilər zirvəsinə qaldıran, qəsəbələrimizi, kəndlərimizi, rayonlarımızı, şəhərlərimizi abadlaşdıran və gözəlləşdirən, yollarımızı işıqlandıran Prezident İlham Əliyevin dəstəyi çox yüksəkdir. Azərbaycanın bütün kəndləri, qəsəbələri, eləcə də Keşlə qəsəbəsi də Prezident İlham Əliyevi dəstəkləyir. Keşlə qəsəbəsi Azərbaycanın görkəmli ziyalılarının, professorların və digər tanınmış şəxslərin yurdu olub. Keşlə qəsəbəsi Bakı şəhəri qəsəbələrinin birincilərindəndir".
Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycandakı sıçrayışlı inkişaf dünyanın heç bir ölkəsində görünməyib: "Azərbaycanın şəhərlərinə, rayonlarına, qəsəbələrinə, kəndlərinə baxın! Bu ərazilərdə bu gün sürətli inkişaf müşahidə edilməkdədir. Azərbaycanın bütün bölgələrində aparılan abadlıq, quruculuq işləri - tikilən körpülər, salınan yollar, açılan yeni iş yerləri məhz Prezident İlham Əliyevin gərgin fəaliyyətinin məhsuludur. Azərbaycan adlı gəmini fırtınalardan sağ-salamat çıxararaq stabil və dinamik inkişaf yoluna salaraq işıqlı gələcəyə doğru aparan Prezident İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir. çünki bu gün Azərbaycanın elə bir nöqtəsi yoxdur ki, orada müasir tipli təhsil ocağı, müasir səhiyyə və olimpiya mərkəzləri, qaz, su, elektrik enerjisi və s. olmasın. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və fərmanlar əsasında Azərbaycan sürətlə inkişaf edir. Qeyd edim ki, dövlət başçısının təsdiqlədiyi Bakı ətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində kəndlər, qəsəbələr sürətlə inkişaf edir, problemləri aradan qaldırılır".
Sonra çıxış edən Bakı Dövlər Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət ƏliyevPrezident İlham Əliyevin on illik fəaliyyəti dövründə həyata keçirdiyi işlərdən danışıb: "Reallaşdırılan məqsədyönlü planlar və layihələr əsasında Azərbaycan günü-gündən abadlaşır və gözəlləşir. Qeyd etmək istəyirəm ki, aparılan abadlıq, quruculuq işləri Azərbaycan xalqına Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin qısa müddət ərzində həyata keçirdiyi siyasət Azərbaycanın dünya ölkələri sırasında önəmli yer tutmasına səbəb olub".
Keşlə məscidinin axundu hacı Sirac Səfərov çıxış edərək söyləyib ki, son illərdə rayon ərazisində köklü dəyişikliklər olub: "Bütün bunların əsas səbəbkarı məhz Prezident İlham Əliyevdir. Biz inkişafı görürük. Həyata keçirilən layihələr, əldə olunan uğurlu nəticələr bu inkişafın əsas göstəricisidir. Baxın, kənddə uşaq baxçası tikilib, məktəb yenidən bərpa olunaraq istifadəyə verilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi, ciddi fəaliyyəti nəticəsində olub. Mən qəsəbə sakini kimi söz verirəm ki, biz hamımız Prezident İlham Əliyevə səs verəcəyik".
Keşlə qəsəbəsində sakinlərin dediyi kimi, əsil bayram atmosferi yaranmışdı. Bunu görüşə toplanmış qəsəbə sakinlərinin sözlərindən də hiss etmək mümkün idi. Əlbəttə ki, Prezident İlham Əliyevi dəstəkləmək üçün görüşə toplaşmış insanların təəssüratlarını öyrənmək çox maraqlı idi.
Qəsəbə ağsaqqalı Seyid Kamran deyib ki, o, bu görüşdə iştirak etməklə Prezident İlham Əliyevə səs verəcəyini əyani sübut edir: "Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məni tamamilə qane edir. çünki ölkə başçısının nəzarəti altında bütün əlillərə yüksək səviyyədə yaşayış şəraiti yaradılıb, onlara hörmət və izzət atmosferi formalaşdırılıb. Respublikamız və paytaxtımız günü-gündən gözəlləşir, abadlıq və quruculuq işləri sürətlə aparılır. ölkədə sosial müdafiə sahəsində aparılan siyasət də bizləri tam razı salır. Ona görə ki, yoxsulluq şəraitində yaşayan insanlar ünvanlı sosial yardım alır, təqaüdlər artırılır, maaşlar davamlı olaraq qaldırılır. Həmçinin, əlillərin də sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev Sərəncam da imzalayıb. Bir daha demək istəyirəm ki, biz ailəlikcə Prezident İlham Əliyevə səs verəcəyik".
Qəsəbə ziyalıları adından çıxış edən Süsən Salmanova bildirib ki,yüksək əhval-ruhiyyə ilə bildirib ki, bu görüşə toplaşan bütün insanlar kimi, o da yalnız Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir: "Yalnız İlham Əliyevə səs verəcəyik. Biz yalnız onu dəstəkləyirik. Çünki son zamanlar paytaxtımızın, eləcə də kəndimizin gözəlləşməsi, abadlaşması, yaşayış şəraitimizin yaxşılaşması, pensiyalarımızın artması bunu deməyə əsas verir. Gərək yaxşıya yaxşı deyəsən. Prezident İlham Əliyevdən yaxşısı yoxdur".
sia,az