PDF Oxu

Siyasət

  • 14

Zərdablıların seçimi Cənab İlham Əliyevdir

Zərdablıların seçimi Cənab İlham Əliyevdir

16 sentyabr 2013-cü il tarixdən Zərdab rayonunda Yeni Azərbaycan Partiyasının vahid namizədi Cənab İlham Əliyevin Seçki Qərargahı tərəfindən ayrı-ayrı yaşayış məntəqələrində əvvəlcədən hazırlanıb təsdiq olunmuş qrafikə uyğun olaraq seçicilərlə görüşlər keçirilir. Rayonun Əlvənd, Otmanoba, Şahhüseyinli, Şəftəhal, Aşağı Seyidlər, Kəndəbil, Ağabağı, Şıxbağı, Nəzəralılı, İsaqbağı, Böyük Dəkkə, Qaravəlli və Dəli Quşçu kəndlərində keçirilən görüşlər seçicilərin yüksək əhval-ruhiyyəsi, fəallıgı və qələbə əzmi ilə müşaiyət olunub.

Keçirilən tədbirlərdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova diqqəti Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi son 10 il müddətində daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlara, nailiyyətlərə, respublikamızın günü-gündən inkişaf edən və yüksələn iqtisadi və siyasi qüdrətinə, beynəlxalq aləmdə və Azərbaycan xalqı qarşısında daim yüksələn nüfuzuna yönəldərək, seçiciləri seçki hüquqlarından düzgün və səmərəli şəkildə istifadə etməyə, layiqli namizədə, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə iştirak edən Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyevanın, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayevin, iqtisad elmləri doktoru, professor Damət Bağırovun çıxışlarında yekun olaraq belə bir fikir səsləndirilib ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir.

Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, əhalinin sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılmış, vətəndaşların həyatı əhəmiyyətli dərəcədə dəyişmiş, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənmişdir. Vətəndaşlarımız perspektivdə Azərbaycanın taleyini bu gün həyata keçirilən siyasətlə bağlayırlar". Xalqımız birmənalı şəkildə Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir, onun gələcəkdə də davam etdirilməsini zəruri sayır, bu gün ölkədə ona alternativ görmür. Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi heyrətamiz nailiyyətləri, keçirilmiş çoxsaylı sorğuların nəticəsi olaraq Onun xalq arasında yüksək reytinqini və beynəlxalq nüfuzunu, habelə Cənab Prezidentin ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, prezident seçkilərinin nəticəsini görmək çətin deyil - seçicilərin böyük əksəriyyəti öz səslərini Prezident İlham Əliyevə verəcək.

İntizarə Məmmədova

Digər xəbərlər