PDF Oxu

Siyasət

  • 9

35 saylı Xətai III seçki dairəsində 37 min 547 seçici səs verəcəkdir

35 saylı Xətai III seçki dairəsində 37 min 547 seçici səs verəcəkdir

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı Xətai rayonunda ciddi hazırlıq işləri görülür. 35 saylı Xətai III seçki dairəsində artıq texniki işlər yekunlaşmışdır.

Bu sözləri AzərTAc-a müsahibəsində 35 saylı Xətai III seçki dairəsi dairə seçki komissiyasının aparıcı məsləhətçisi Sevinc Əzizova demişdir.

Artıq seçici siyahısının hazırlanaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunduğunu diqqətə çatdıran S.Əzizova seçkilərə hazırlıq prosesinin uğurla davam etdiyini demişdir. Bildirmişdir ki, dairə seçki komissiyasına 26 məntəqə daxildir ki, burada 37 min 547 seçici səs verəcəkdir. Artıq 10 məntəqədə veb-kameralar quraşdırılmışdır və bildiriş vərəqələrinin yazılışı davam edir. Məntəqələrdə xəstə və qoca insanların səsverməsini təmin etmək üçün xüsusi panduslar quraşdırılmış və obyektlər əlil arabaları ilə təmin olmuşdur.

AzərTAc

Digər xəbərlər