PDF Oxu

Siyasət

  • 7

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” mövzusunda Beynəlxalq konfrans keçirilir

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” mövzusunda Beynəlxalq konfrans keçirilir

Sentyabrın 20-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" mövzusunda Beynəlxalq konfrans işə başlamışdır.

Türkiyənin Azərbaycandakı səfirliyi, Yunus Emre Türk Mədəniyyət Mərkəzi və ADA-nın birgə təşkilatçılığı ilə keçirilən konfrans 1918-ci il sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95-ci ildönümünə həsr olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun və digər rəsmi şəxslər iştirak edirlər.

AzərTAc

Digər xəbərlər