"Şahdəniz" qazının Avropaya uzunmüddətli satışına dair imzalanmış sazişlər Azərbaycana 200 milyard dollar gəlir gətirəcəkdir.
Bu sözləri Avropanın 9 qaz alıcı şirkəti ilə qaz satışına dair sazişlərin imzalanması mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev demişdir.
"Şahdəniz" qazının Avropaya çatdırılması üçün "Axpo Trading AG", "Bulgargaz EAD", "DEPA Public gas Corporation of Greece S.A.", "Enel Trade SpA", "E.ON Global Commodities SE", "Gas natural Aprovisionamientos SDG SA", "GDF Seuz S.A.", Hera Trading srl" və "Shell Energy Europe Limited" şirkətləri ilə uzunmüddətli qaz satışına dair sazişlərin imzalanması mərasimi keçirilmişdir.
yap.org.az