Sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddik ilə partiyanın mənzil qərargahında görüşdü.
Görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mövcud əməkdaşlıq münasibətləri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə həmçinin, Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişi barədə bəhs edilmişdir.
yap.org.az