9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Milli Məclisin üzvləri Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev Ağdam rayonu Səfərli və Baharlı kəndlərində seçicilərlə görüş keçiriblər. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açıb.Daha sonra Milli Məclisin üzvləri Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev çıxış edərək 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs vermək üçün seçiciləri daha fəal olmağa çağırıblar.Seçki qərargahının üzvləri Əvəz Sadıqov və Xosrov İsmayılov isə prezidentliyə namizəd cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət haqqında söhbət açıblar. Qərargah üzvləri 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar.
sia.az