Sədaqət Vəliyeva: İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir
9 oktyabr prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ölkənin bütün şəhər, rayon, qəsəbə və kəndlərində uğurla davam etdirilməkdədir. Təşkil olunmuş görüşlərdə seçicilər Prezident İlham Əliyevə olan dəstəklərini və sevgilərini bir daha nümayiş etdirirlər.
Belə görüşlərdən biri də sentyabrın 20-də Nizami rayonunda Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrilə təşkil olunub.
Görüşü giriş nitqi ilə açan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 9 oktyabr prezident seçkilərinin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda mühüm siyasi proseslə bağlı geniş təbliğat-təşviqat işləri aparılmaqdadır: "Bu gün ölkədə hərtərəfli inkişaf müşahidə olunur. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir. Məhz, ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Nizami rayonunda da böyük işlər görülür. Bununla yanaşı, rayonda yeni iş yerləri açılır, məktəblər, səhiyyə ocaqları tikilir, yeni müəssisələr işə salınır. Bütün bunlar insanların maddi rifahının yüksəlməsinə, rahatlığını təmin etməyə hesablanıb. Məhz bunların əsas səbəbkarı Prezident İlham Əliyevdir".
Çıxış edən Bakı Dövlər Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev dövlət başçısının 10 illik fəaliyyətini təhlil etdi: "Düşünürəm ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin qalibi məhz Prezident İlham Əliyev olacaq: "Çünki, dövlət başçısının ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmağa başlandı. Həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf edir. Artıq bu faktı beynəlxalq qurumlarda bəyan edirlər. Bəzi dairələr bu uğurlara kölgə salmağa çalışıblar. Amma bu gün ölkədə yeni sosial obyektlərin, müəssisələrin açılması, insanların rifah halının yüksəlməsi ortaya atılan əsassız informasiyaları məhv edən tutarlı arqumentlər, əyani sübutlardır. Bütün bunların müəllifi isə məhz Prezident İlham Əliyevdir".
Nizami rayonu Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri Cəmiyyətinin sədri Məhi Mehdiyev bildirib ki, 9 oktyabr tarixi xalqımızın həyatında əlamətdar bir gün olacaq: "Çünki, həmin gün müstəqil Azərbaycanın azad xalqı səs verərək növbəti beşillikdə kimin rəhbərliyi ilə irəli gedəcəyini müəyyənləşdirəcək. Amma düşünürəm ki, Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri öz seçimlərini hələ 1993-cü ildə ediblər. Bunu 2003-cü ildə də ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevə səs verməklə təkrar ediblər. Əminəm ki, Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri 9 oktyabrda da seçimlərini düzgün edəcəklər".
Daha sonra çıxış edən Qarabağ Müharibəsi Vetenranları İctimai Birliyinin sədri Asəf Abbasov öz fikirlərini görüş iştirakçıları ilə bölüşərək insanları Prezident İlham Əliyevə səs verməyə çağırdı: "Azərbaycan son 10 il ərzində yüksək templə inkişaf edib. Bu inkişaf isə özünü hər bir sahədə göstərir. Bütün görülən işlər məhz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətinin nəticəsidir".
Milli Qəhrəman Pəhlivan Fərzəliyevin həyat yoldaşı Sona Fərzəliyeva deyib ki, İlham Əliyevi prezident seçmək üçün təbliğata ehtiyac yoxdur: "Sadəcə, son 10 ildə görülən işlərə baxmaq, Prezidentin insanlara necə münasibət göstərdiyini, xalqını necə sevdiyini görmək kifayətdir ki, Onun necə dövlət başçısı olduğunu dərk edəsən. İlham Əliyev özü xalqın sevgisini qazanıb. Şəxsən mənə sual versəniz ki, dünya ölkələrinin hamısını toplayıb, onun başına kimi qoymaq olar, mənim cavabım birmənalı olar - İlham Əliyev".
Qarabağ müharibəsi əlili Fəxrəddin Əliyev də deyib ki, o, şəxsən İlham Əliyevə səs verəcək: "Çünki Onun gördüyü işlər, ölkəmizdəki inkişaf prosesi bir vətəndaş kimi məni qane edir. Bu gün Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək ikinci bir namizəd tanımıram".
Digər Qarabağ müharibəsi əlili Məmmədov Niyazi də bildirib ki, Prezident seçkilərində İlham Əliyevə səs verəcək: "Bizim qəsəbəmizə yeni yollar çəkilib, su ilə, qazla təmin olunub, işıq problemimiz həll olunub. Təqaüdlərimiz hər il artırılır. Bütün bu işlərin hamısının başında da Prezidentimiz durur.
Tədbirdə çıxış edən digər seçicilər də prezidentliyə namizəd İlham Əliyevə səs verəcəklərini söyləyiblər.
sia.az