PDF Oxu

Siyasət

  • 10

İlhamlı sabahımıza, İlhamla irəli!

İlhamlı sabahımıza, İlhamla irəli!

Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam edir. SİA-nın məlumatına görə, YAP Biləsuvar rayon təşkilatında Bəydilli kənd seçiciləri ilə keçirilən görüşdə ölkəmizin ictimai-siyasi həyatında həlledici rolu ilə seçilən YAP-ın ümumxalq partiyası olmasından və xalqın bu təşkilatın namizədinə səs verəcəyi bildirilib.YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini qeyd edərək bildirib ki, prezidentliyə namizəd cənab İlham Əliyevin seçki qərargahının Biləsuvar rayon şöbəsi ilk gündən fəaliyyətini müasir texnologiyalar əsasında quraraq daha çox insanlarla təmas metoduna üstünlük verir: "Çalışırıq ki, əvvəlki seçkilər kimi, builki seçkilər də uğur başa çatsın. Görüşlərdə iştirak edən seçicilərin sayının çox olması bir daha sübut edir ki, xalq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. İnanıram ki, Biləsuvarlılar 9 oktyabrda keçiriləcək prezident seçkilərində fəallıq nümayiş etdirəcək. Əminik ki, İlham Əliyev yenidən bu seçkilərdə qalib gələcək və ölkəni növbəti beş illikdə də yeni-yeni uğurlarla zirvələrə qaldıracaq".Seçicilərlə görüşdə siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov 10 il ərzində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasından, Azərbaycan gəncliyinin inkişafına dövlət başçısının göstərdiyi qayğıdan və bu siyasətin necə ardıcıl həyata keçirilməsindən danışıblar. Çıxışlarda vurğulanıb ki, həmişə düzgün seçim edən Biləsuvarlılar bu seçkidə də mütəşəkkil iştirak edəcək və ölkə başçısı İlham Əliyevə səs verəcəklər.Görüşdə Bəydili kənd sakinləri kənd tam orta məktəbinin direktoru Əfsər Həşimov, təqaüdçü Turə Camalova, gənclər adından Ziya Bağırov çıxış edərək Biləsuvarlıların yeganə namizədi olan cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.

sia.az

Digər xəbərlər