PDF Oxu

Siyasət

  • 10

Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır

Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır

Sentyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın mənzil-qərargahında Böyük Britaniya və Şimali İrlandiya birləşmiş Krallığının ölkəmizdəki səfiri İrfan Siddik ilə görüşmüşdür.

YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mövcud əməkdaşlıq münasibətləri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə, həmçinin Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişi müzakirə edilmişdir.

AzərTAc

Digər xəbərlər