PDF Oxu

Siyasət

  • 5

Prezident Administrasiyasının rəsmiləri “Azərbaycan: Xarici siyasət, reallıqlar və gələcəyə baxış” mövzusunda seminarda iştirak etmişlər

Prezident Administrasiyasının rəsmiləri “Azərbaycan: Xarici siyasət, reallıqlar və gələcəyə baxış” mövzusunda seminarda iştirak etmişlər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Türkiyənin Xəzər Strategiya İnstitutunu ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, "Azərbaycan: Xarici siyasət, reallıqlar və gələcəyə baxış" mövzusunda keçirilən seminarda, həmçinin Türkiyənin nüfuzlu universitetlərinin rektor və dekanları, professorları iştirak etmişlər.

Görüşdə Azərbaycan-Türkiyə dostluq əlaqələri, siyasi, iqtisadi, mədəni, elm və təhsil, xüsusilə enerji sahəsindəki əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

AzərTAc

Digər xəbərlər