PDF Oxu

Siyasət

  • 9

Qubalılar Cənab İlham Əliyevə səs verəcəklər

Qubalılar Cənab İlham Əliyevə səs verəcəklər

YAP Quba rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər keçirir

Məlumdur ki, Azərbaycanda bu il oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, sentyabrın 16-dan prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bu tarixdən etibarən Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Quba rayonunda da Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ruh yüksəkliyi ilə həyata keçirilir. Belə ki, YAP-ın Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, Milli Məclisin deputatı Yevda Abramov və YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü Həsən Günəşli rayonun Buduq, Yerfi və Rük İcra Ərazi Dairələrində seçicilərlə görüşlər keçirmişlər. Görüşdə çıxış edən Milli Məclisin deputatı Yevda Abramov bildirib ki, Cənab İlham Əliyev ölkəmizə, xalqımıza sədaqətlə xidmət edir: " Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev yolunu və kursunu çox böyük uğurla davam etdirir. Bu yol Azərbaycana, xalqımıza xidmət yoludur, ölkəmizdə hər bir sahənin inkişafına xidmət edən yoldur."

Daha sonra görüşdə YAP-ın Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxış edərək söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Cənab İlham Əliyev 10 illik fəaliyyəti dövründə Azərbaycanın yüksək sürətlə inkişafına nail olub: "Cənab İlham Əliyev ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Cənab İlham Əliyevin həm daxili və həm də xarici siyasətinin gətirdiyi uğurlar göz önündədir. Biz Cənab İlham Əliyevə inanır və dəstəkləyirik". Görüşdə əhali ilə söhbət zamanı fikirlərini bildirən YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü Həsən Günəşli isə qeyd edib ki, biz İlham Əliyevə səs verməklə öz gələcəyimizə, firəvan, xoşbəxt sabaha səs vermiş olacağıq: "Cənab İlham Əliyevi dəstəkləmək, 9 oktyabrda ona səs vermək hər bir vətəndaşın öz parlaq gələcəyinə səs verməsi deməkdir. Çünki biz şahidi oluruq ki, Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanımız hər an yeni uğurlara imza atır".

Daha sonra görüş zamanı sakinlər öz fikirlərini bildiriblər. Buduq, Yerfi və Rük İcra Ərazi Dairələrindən olan seçicilər bildiriblər ki, ötən prezident seçkilərində olduğu kimi bu seçkidə də Cənab İlham Əliyevi dəstəkləyəcəklər. Qubalılar bildiriblər ki, Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində onların həyat səviyyəsi gündən-günə yaxşılaşır, bütün problemləri həll olunur. Onlar Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən tam razıdırlar və bu siyasəti dəstəkləyirlər. Seçicilər həmçinin qeyd ediblər ki, onlar Cənab İlham Əliyevə inanırlar və 9 oktyabrda Cənab İlham Əliyevə səs verəcəklər. Həmçinin, qubalılar söyləyiblər ki, şəhərimizdə görülən abadlıq-quruculuq işlərindən çox razıdırlar və onlara göstərilən diqqət və qayğıya görə Cənab İlham Əliyevə minnətdardırlar.

Cahid Süleymanov

Digər xəbərlər