PDF Oxu

Siyasət

  • 11

Rasim Nəbiyev: “Cəmil Həsənli kimi müxalifətçilərə ar olsun”

Rasim Nəbiyev: “Cəmil Həsənli kimi müxalifətçilərə ar olsun”

"Demokratik cəmiyyəti müxalifətsiz təsəvvür etmək mümükün deyil. Lakin İctimai Televiziyada keçirilən tele-debatda baş verənlər Cəmil Həsənli kimi müxalifətçilərin simasını bir daha göstərdi". Bunu SİA-ya Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev deyib.R. Nəbiyev bildirib ki, belə müxalifətin ünvanına ən ağır sözləri demək lazımdır: "Belə insanların müxalifətdə olması xalqımıza ən böyük ləkədir. Azərbaycan xalqı belə insanların prezidentliyə namizəd olduğuna görə xəcalət çəkir. Xalqla təmaslarımdan sonra əminliklə deyə bilərəm ki, belə insanlara ar olsun".R.Nəbiyev bildirib ki, Azərbaycan xalqı milli mənafeyə xidmət edən və bu mənafeyini hər şeydən üstün tutan namizədi prezident seçəcək: "Bu gün xalq fəxr edir ki, İlham Əliyev kimi prezidentliyə namizədi var. Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı prezident seçkilərində xalqını, vətənini, milli mənafeyini hər şeydən üstün tutan şəxsə-İlham Əliyeve səs verəcək".

sia.az

Digər xəbərlər