Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü, Avropa Şurasında Uels Məsələləri üzrə Komitənin sədri Devid Deyvis Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Azərbaycanın terrorizmlə mübarizə üzrə beynəlxalq koalisiyada iştirakına dair suallarını cavablandırmışdır.
AAC-dan verilən məlumata görə, D.Deyvis bildirmişdir ki, Azərbaycan hərbçilərinin Əfqanıstandakı İSAF qüvvələrinin tərkibində xidmət etməsinə və NATO qoşunlarının mütəmadi dəstəklənməsinə görə Qərb rəsmi Bakıya minnətdar olmalıdır. Son illər ərzində Azərbaycanın İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda fəal iştirak etdiyini deyən D.Deyvis hazırda İSAF missiyasının təchizatının 40 faizinin Azərbaycanın quru və hava məkanından keçməklə Əfqanıstana daşındığını vurğulamışdır. O qeyd etmişdir ki, gələn il NATO öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmağa başlayanda hava nəqliyyatı məsələsi daha da aktuallaşacaqdır və Azərbaycanın əhəmiyyətli rolu bir daha özünü göstərəcəkdir.
yap.org.az