Sentyabrın 25-də Sənaye və Energetika Nazirliyinin dəstəyi və Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda "Greenevo" - Yaşıl texnologiyalarının akseleratoru" mövzusunda seminar keçiriləcəkdir.
Bununla əlaqədar olaraq sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov ilə Polşa Respublikasının Azərbaycandakı konsulu Miroslav Vişnevski arasında görüş keçirilmişdir.
Nazirlikdən bildirilmişdir ki, görüşdə tədbirin keçirilməsi, iştirakçı şirkətlərin sayı, tərkibi və təşkilati məsələlər müzakirə olunmuşdur.
yap.org.az