PDF Oxu

Siyasət

  • 8

Rövnəq Abdullayev: Azərbaycan neft hasilatı həcminin eniş dövrünü geridə qoymuşdur

Rövnəq Abdullayev: Azərbaycan neft hasilatı həcminin eniş dövrünü geridə qoymuşdur

Azərbaycan neft hasilatı həcminin eniş dövrünü geridə qoymuşdur.

Bu sözləri sentyabrın 20-də Neftçilər günü münasibətilə keçirilən təntənəli mərasimdə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev demişdir.

Şirkətin rəhbəri qeyd etmişdir ki, ARDNŞ-in öz yataqlarında və xarici şirkətlərlə birgə işlənilən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda azalma tempi tam aradan qaldırılmışdır. Hazırda göstəricilər hasilatın azalmasının dayandırıldığını təsdiq edir. İlin sonuna isə müəyyən qədər artım ola bilər.

yap.org.az

Digər xəbərlər