PDF Oxu

Siyasət

  • 12

Şəkidə məskunlaşan məcburi köçkünlər təbliğat kampaniyasına fəal qoşulublar

Şəkidə məskunlaşan məcburi köçkünlər təbliğat kampaniyasına fəal qoşulublar

Sentyabrın 20-də YAP Laçın rayon təşkilatının üzvləri Şəki rayonunun əsasən məcburi köçkünlər yaşayan Çələbixan qəsəbəsində seçicilərlə görüş keçiriblər.

SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərov açaraq, seçkilərə hazırlıq və təbliğat tədbirlərinin gedişi dövründə rayon təşkilatının gördüyü işlər barədə seçicilərə məlumat verib və qeyd edib ki, cənab İlham Əliyevin təbliğatı çərçivəsində indiyədək keçirilən bütün görüşlər, seçicilərimizin böyük ruh yüksəkliyi və yüksək siyasi fəallığı şəraitində başa çatıb, bütün tədbirlərdə seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyevi dəstəklədiklərini və onun seçkilərdə qələbəsinin təmin olunması üçün bütün seçicilərin məntəqələrə gəlmələrini və məhz cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.

Milli Məclisin deputatları Nazim Fərəcov son 10 ildə respublikamızda cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və gərgin əməyi sayəsində ölkədə yaranmış siyasi sabitlik, sürətli iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, əhalinin pensiya, müavinət və əmək haqlarının hər il artması ilə ölkə əhalisinin yaşayış səviyəsini xeyli yüksəldib.

Natiqlər qeyd ediblər ki, son 10 ildə ölkə cənab İlham Əliyev bütün bölgələrə dəfələrlə səfər etmiş, sadə əmək adamları ilə görüşmüş, onları dinləmiş və qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyatı dövlət qrumlarına göstərişlər vermiş, icrasına nəzarət etmişdir. Bütün bunların nəticəsidir ki, son illər ölkəmizdə müasir tipli müalicə diaqnostika mərkəzi, mərkəzi xəstəxana üçün yeni bina, uşaq baxçaları, 2-3 mərtəbəli yaraşıqlı məktəb binaları, inzibati binalar, məcburi köçkünlər, əlillər və şəhid ailələri üçün yaşayış evləri və digər obyektlər tikilib istifadəyə verilib və bu istiqamətdə aparılan işlər davam etdirilir.

Şəki rayonunun Çələbixan köçkün qəsəbəsində Laçın rayon sakinləri ilə keçirilən tədbirdə çıxış edən qəsəbə məktəbinin müəllimləri Tofiq Əhmədov, Xıdır Əsgərov, Rəfayıl İsmayılov, rayon ağsaqqalı Şahverdi Əhmədov, Oqtay Qarayev və başqaları cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkənin sürətli inkişafı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması, sabitliyin və əmin-amanalığın bərpa olunması, tikinti işlərinin geniş vüsət alması məsələlərinin böyük önəm kəsb etməsini xüsusi vurğulayıblar. Qeyd olunub ki, bütün ölkə vətəndaşları kimi laçınlılar da cənab İlham Əliyevi dəstəkləyir, buna görə də YAP-ın namizədinə səs verəcəklər.

sia.az

Digər xəbərlər